Rusiya Ukraynaya hava zərbələri endirib: ölənlər var | VİDEO

   Rusiya Ukraynaya hava zərbələri endirib:    ölənlər var | VİDEO
  21 Noyabr 2025    Oxunub:610
Noyabrın 21-nə keçən gecə Rusiya pilotsuz təyyarələrinin endirdiyi zərbələr nəticəsində Odessada biri uşaq olmaqla 5 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, Odessa vilayətinin Hərbi administrasiyasının rəhbəri Oleq Kiper öz Telegram-kanalında belə paylaşım edib.

“Odessa bu gecə düşmən hücumuna məruz qalıb. Aktiv hava hücumundan müdafiə (HHM) əməliyyatlarına baxmayaraq, mülki obyektlərə ziyan dəyib. Təəssüf ki, biri uşaq olmaqla 5 nəfər yaralanıb”, - məlumatda deyilir.

Fövqəladə hallar üzrə yardım xidmətlərinin məlumatına əsasən, pilotsuz təyyarələrin zərbələri yaşayış binalarında, nəqliyyat vasitələri ilə xidmət stansiyasında və inzibati binada yanğınlar törədib.

Rusiyanın noyabrın 20-də axşam saatlarında Zaporojye vilayətinə endirdiyi zərbələr isə daha faciəvi nəticələrə səbəb olub.


Vilayət administrasiyasının rəhbəri İvan Fyodorov bu zərbələr 5 insanın həyatına son qoyub, 3 nəfəri isə yaralayıb. Rusiyanın hücumu nəticəsində evlərə, mağazaya və bazara zərər dəyib.




Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   zərbələr  



Xəbər lenti